Azərbaycan bu məhsulun 80 faizini ixrac edəcək

Azərbaycan bu məhsulun 80 faizini ixrac edəcək
Gələn il Azərbaycanda gündəlik olaraq 2000 ton karbamid istehsal olunacaq.
Bunu Bakıda II "Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı və neft-kimya” beynəlxalq forumunda "Azərkimya” İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev deyib.
Onun sözlərinə görə, bundan başqa, 2018-ci ildə polipropilenin gündəlik istehsalat həcmi 500 tona, polietilenin istehsalat həcmi 600 tona çatdırılacaq.
Azərbaycanda istehsal olunan polipropilen və karbamidin 80 faizi ixracata yönələcək.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt