Rusiya İrandan göndərilən güllərə qadağa qoydu – Ermənistan şübhəsinə görə...

Rusiya İrandan göndərilən güllərə qadağa qoydu – Ermənistan şübhəsinə görə...
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) İranın Bitki Mühafizəsi Təşkilatından Rusiyaya göndərilən güllərin sertifikatlaşdırılmasını dayandırmağı xahiş edib.
GunAz.az 
xəbər verir ki, bu barədə məlumat xidmətin rəsmi saytında öz əksini tapıb.
Xidmət qeyd edib ki, buna səbəb güllərin mənşəyi kimi İranın göstərilməsinə baxmayaraq, xarici xüsusiyyətlər, xüsusilə də qablaşdırma baxımından məhsulların əvvəllər Ermənistandan idxal edilən məhsullarla eyni olması şübhəsi olub.
Digər tərəfdən, xidmətin bildridiyinə görə, 2026-cı ildə İrandan güllərin tədarük həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə xeyli çox olub.
Xidmət ikitərəfli danışıqlar aparılana və bu məsələ aydınlaşdırılana qədər İrannın Bitki Mühafizəsi Təşkilatından yerli gül məhsullarının sertifikatlaşdırılmasının dayandırılmasını xahiş edib.
Xidmət, həmçinin İranın Ermənistan gül məhsullarına tətbiq edilən müvəqqəti məhdudiyyətlər barədə məlumatlandırdığını bildirib.
Qeyd edək ki, 22 may 2026-cı il tarixindən etibarən Rusiya hakimiyyəti Ermənistan mənşəli və ya Ermənistandan göndərilən güllərin idxalını qadağan edib. “Rosselxoznadzor” məhdudiyyətlərin siyasi motivli olmadığını, əksinə istehsalın təşkili və nəzarətində aşkar edilmiş pozuntularla əlaqəli olduğunu iddia edib.
скачать dle 12.1
Geri qayıt