Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
2026-cı ilin yanvar-iyun ayları üzrə istehlak bazarında qiymətlərin dəyişməsi ilə bağlı məlumat açıqlanıb.
GunAz.az
xəbər verir ki, rəsmi statistikaya əsasən, 2026-cı ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki ilin eyni ayı ilə müqayisədə 5,8 faiz artıb. Yanvar-iyun aylarında isə istehlak qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən orta hesabla 5,7 faiz yüksəlib.
Məlumata görə, yanvar-iyun aylarında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6,7 faiz, qida məhsulları üzrə 6,6 faiz, alkoqollu içkilər üzrə 7,7 faiz, tütün məmulatları üzrə isə 10,3 faiz artıb. Qeyri-qida məhsullarında qiymətlər 3,8 faiz, ödənişli xidmətlərdə isə 5,7 faiz bahalaşıb.
İyun ayında əvvəlki ayla müqayisədə ümumi istehlak qiymətləri 0,3 faiz azalıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 0,7 faiz, qida məhsulları üzrə isə 0,8 faiz enib. Bununla yanaşı, qeyri-qida məhsullarında və ödənişli xidmətlərdə qiymətlər 0,1 faiz artıb.
Məhsul qrupları üzrə aylıq dəyişikliklərə gəlincə, iyun ayında tərəvəzin qiyməti 6,7 faiz, yumurtanın qiyməti 4,2 faiz, balıq və balıq məhsullarının qiyməti isə 0,3 faiz ucuzlaşıb. Əvəzində meyvələr 0,9 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,6 faiz, kərə və bitki yağları, qənd, cem, bal, şokolad və konfetlər 0,3 faiz, çay, qəhvə və kakao ilə alkoqollu içkilər isə 0,2 faiz bahalaşıb. Çörək və çörək məmulatları, eləcə də tütün məmulatlarının qiymətində dəyişiklik qeydə alınmayıb.
скачать dle 12.1
Geri qayıt