Azərbaycanda bu dövlət qurumları ləğv olundu

Azərbaycanda bu dövlət qurumları ləğv olundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib.

GunAz.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.Məlumata görə, agentliyin ləğv olunduğunu elan yol istismar şirkətləri aşağıdakılardır:
“Bakı 1 №-li Yol İstismarı” MMC – direktoru Zaur Həmzəyev,
“Bakı 5 №-li Yol İstismarı” MMC – direktoru İntiqam Hüseynov,
 “Bakı 6 №-li Yol İstismarı” MMC – direktoru Tural Dəmirli,
“Bakı 7 №-li Yol İstismarı” MMC – direktoru Müşviq İmranov,
“Bakı 8 №-li Yol İstismarı” MMC – direktoru Cabir Qurbanov,
“Bakı 9 №-li Yol İstismarı” MMC – direktoru Natiq İsmayılov,
“Bakı 10 №-li Yol İstismarı” MMC – direktoru Elman Cavadi,
“1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Etibar Kərimov,
“17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Şahin Süleymanov,
“18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Camal Sadıxov.
Xatırladaq ki, daha əvvəl 1,2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası  MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.
скачать dle 12.1
Geri qayıt