Azərbaycandan tranzit keçməklə Ermənistana yanacaq göndəril

Azərbaycandan tranzit keçməklə Ermənistana yanacaq göndəril
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.
GunAz.az xəbər verir ki, 18 vaqondan ibarət, çəkisi 971 ton olan Aİ-92 markalı avtomobil benzini və 8 vaqondan ibarət, çəkisi 467 ton olan dizel yanacağı 26 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Eyni zamanda, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.
скачать dle 12.1
Geri qayıt