Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir.
ADY-dən GunAz.az verilən məlumata görə, tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək.
Qeyd edək ki, Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqindən əldə etmək olar.
скачать dle 12.1
Geri qayıt