Azərbaycandan Ermənistana 10 vaqon yük yola salınır
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
GunAz.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Qeyd olunub ki, 10 vaqon gübrə Ermənistana göndəriləcək.
Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.
