Azərbaycan və Gürcüstan mərkəzi bankları təcrübə mübadiləsi aparıb
Gürcüstan Milli Bankının nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Azərbaycan Mərkəzi Bankında (AMB) işgüzar səfərdə olub.
GunAz.az xəbər verir ki, səfər çərçivəsində təşkil edilən görüşlərdə maliyyə sabitliyi funksiyaları üzrə fəaliyyətin həyata keçirilməsi, makroprudensial siyasət çərçivəsinin formalaşdırılması, ev təsərrüfatları, qeyri-maliyyə sektoru və daşınmaz əmlak bazarı üzrə maliyyə sabitliyinin qiymətləndirilməsi üzrə hər iki ölkənin mərkəzi banklarının təcrübələri müzakirə olunub.
Görüşlər zamanı, həmçinin stres-test çərçivəsi, eləcə də fiziki və keçid riskləri üzrə iqlim stres-testlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
