Qarabağda qanunsuz pul qazanan ölkələr – Siyahıda İran və ABŞ-da var

Qarabağda qanunsuz pul qazanan ölkələr – Siyahıda İran və ABŞ-da var
Azərbaycanın işğal olunmuş ərazilərində 20-dən artıq ölkənin şirkəti qanunsuz fəaliyyət göstərir.

Ermənistan hakimiyyəti işğal etdikləri Dağlıq Qarabağa hələ 1999-cu ildən etibarən xarici şirkətləri sərmayə yatırmağa cəlb ediblər. Amma bu şirkətlərin böyük əksəriyyəti Dağlıq Qarabağada rəsmi qeydiyyatdan keçməyiblər. Yalnız 24 xarici şirkət Dağlıq Qarabağa sərmayə yatırtmaq üçün qeydiyyatdan keçib. Bu illər ərzində həmin şirkətlər Dağlıq Qarabağa 35 096 500 dollar civarında pul yatırıb. Nəticədə Qarabağda 1325 iş yeri açılıb. 
(Mənbə: "Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəniyyət abidələrinin qorunmasının təşkili” İctimai Birliyinin yaydığı hesabat.”)
 Araşdırma zamanı məlum olub ki, ATƏT-in Minsk qrupu ölkələri – ABŞ və Rusiyadan olan şirkətlər də Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərirlər. 
Misal üçün Rusiyanın "İceberg- A” şirkəti Qarabağda soyutma sitemləri sahəsinə 500 min dollar sərmayə yatırıb. Bunun nəticəsində 9 yeni iş yeri yaradılıb. 
ABŞ-ın "Arvard” şirkəti Qarabağa 380 min dollar məbləğində pul ayırıb. Nəticədə 37 yeni iş yeri açılıb.
İranın Sasun şirkəti Qarabağa 123 min dollar məbləğində sərmayə ayırıb. Bu isə 12 yeni iş yerinin açılması deməkdir. 
 Dağlıq Qarabağa sərmayə yatıran ölkələrin siyahısını və məbləğləri əks etdirən cədvəli təqdim edirik:

 
 


Miri Məcidli
Femida.az

скачать dle 12.1
Geri qayıt