Azərbaycanın gələcəyi üçün 5 böyük layihə...

Azərbaycanın gələcəyi üçün 5 böyük layihə... Azərbaycanın gələcəyi üçün 5 böyük layihənin həyata keçirilməsi çox vacibdir və bu addımlar indiki hökumətdən sonra da mütləq atılmalıdır, çünki, Dövlət adlanan institutun 10-15-20, hətta 50 illik vizionu, planları olmalıdır.
GunAz.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib.
O, Azərbaycanın uzunmüddətli iqtisadi və geosiyasi maraqlarına xidmət edən beş mühüm layihəni sadalayıb:
1. Zəngəzur dəhlizinin açılması və ümumilikdə Cənubi Qafqazda bütün nəqliyyat və kommunikasiya xətlərinin işlək vəziyyətə gətirilməsi;
2. Türkmənistandan Azərbaycana qaz boru kəmərinin çəkilməsi;
3. Qazaxıstandan Xəzər dənizinin dibi ilə neft boru kəmərinin inşası;
4. Azərbaycanın enerji “hub”-u və logistika mərkəzi olması ilə yanaşı, ölkənin neft emalı mərkəzinə çevrilməsi üçün böyük zavodların inşası və yenidən qurulması – Azərbaycan xam neft satan ölkədən, öz neftinin və Qazaxıstan neftinin emalı mərkəzinə çevrilməlidir. Bir barrel neftin emalından əldə olunan gəlir, bir barrel xam neftin satışından 7-8 dəfə çoxdur;
5. Azərbaycanın regional “bazara” çevrilməsi baş verməlidir, bunun üçün “aşırı tənzimləmə” qaydaları, içiboş və mənasız dövlət nəzarət edici qurumların bir çoxu ləğv edilməli, yeni vergi-gömrük qanunvericiliyi işlənib hazırlanmalıdır.
Ekspertin fikrincə, bu addımlar Azərbaycanın iqtisadi müstəqilliyini və beynəlxalq mövqeyini möhkəmləndirəcək:
“Əgər indiki hökumət bu layihələri reallaşdıra bilməsə, gələcəkdə hakimiyyətə gələcək qüvvələr bu strateji yol xəritəsinə əməl etməlidir. Bu, ölkənin ən azı 50 illik inkişafını təmin edə bilər”.

скачать dle 12.1
Geri qayıt