Azərbaycana gələn turistlərin sayı artdı

GunAz.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Məlumata görə, bu, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 808 nəfər və ya 2% çoxdur.
Bu ilin yanvar-may ayılarında isə Azərbaycana 979 963 əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 408 nəfər və ya 1.5% çoxdur.
Cari ilin may ayında Azərbaycana ən çox turist Rusiyadan gəlib. Sözügedən ölkədən Azərbaycana səfər edənlərin sayı 62 809 nəfər olub ki, bu da 1 il əvvələ nisbətən 9% azdır. Siyahıda ikinci pillədə 41 299 nəfər (illik müqayisədə 10% artım) göstərici ilə Türkiyə, üçüncü yerdə isə 23 326 nəfər (illik müqayisədə 21% artım) göstərici ilə Hindistan qərarlaşıb.
Hesabat ayında Azərbaycana ən çox səfər edən digər ölkə vətəndaşları üzrə statistik göstəricini təqdim edirik: