Maşın almaq istəyənlərin nəzərinə

GunAz.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov Globalinfo.az-a açıqlamasında hazırda Azərbaycan avtomobil bazarında qeyri-sağlam rəqabətin mövcud olduğunu bildirib.
“Rəsmi servis mərkəzlərinin bir qismi artıq avtomobil satışını həyata keçirə bilmir. Buna görə də fəaliyyətlərini dayandırmaq ehtimalını müzakirə edirlər. Onlar rəsmi fəaliyyət göstərdikləri üçün servis mərkəzləri açır, böyük investisiyalar yatırır, yüzlərlə insanı işə götürür və vergi ödəyirlər. Lakin fərdi şəxslər Çin istehsalı olan, nümayəndəsi olmayan, zəmanətsiz və keyfiyyətsiz maşınları ucuz qiymətə idxal edib bazarda satırlar. Nəticədə Azərbaycanda belə avtomobillərin inhisarçılığı yaranır. Bu vəziyyət rəsmi satış mərkəzlərinin bağlanmasına və işsizliyin artmasına yol açacaq”, - ekspert əlavə edib.