Azərbaycan avtomobil idxalını kəskin artırdı
GunAz.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,6 % çox və 21,3 % çoxdur.
İl ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2 dəfə artaraq 155 ədəd (12,433 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 23,2 % artaraq 30 814 ədəd (551,249 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 14 336-sı (405,012 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 609-u (20,411 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 2,8 dəfə artması, ikincinin isə 39,8 % azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 0,5 % azalaraq 2 613 ədəd (33,352 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 40,15 % artaraq 185 ədəd (19,104 milyon ABŞ dolları dəyərində) olub.
