Azərbaycanda orta aylıq maaş artdı
AvroMedia.az bu barədə Döpvlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, muzdla işləyənlərin 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,6%-i təhsil, 13,7%-i sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 2,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i maliyyə və sığorta fəaliyyəti, 14,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,0 faiz artaraq 1083,8 manat təşkil etmişdir. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
