Bu xarici şirkətlərdən məhsul idxalına qadağa qoyuldu

Bu barədə AQTA məlumat yayıb.
Belə ki, Ukrayna Respublikasının “Shidzahid”, “Zagotservice”, "Myasador”, "VKP Verbovskoye" MMC istehsalçı şirkətlərinin dondurulmuş mal əti məhsullarında, həmçinin bu ölkənin “Lutskaya Agrarnaya Kompaniya” şirkətinin dondurulmuş toyuq ayağı məhsulunda aşkarlanan uyğunsuzluqlarla bağlı həmin şirkətlərdən ölkəmizə məhsul ixracına qadağalar tətbiq olunub. Həmçinin Belarus Respublikasının SP "Santa Bremor" istehsalçı şirkətinin hisə verilmiş balıq filesi, “Qrodnenskiy Myasokombinat OAO”nun dondurulmuş mal əti, Braziliya Federativ Respublikasının “Masterboi” istehsalçı şirkətinin dondurulmuş mal əti, Monqolustan Respublikasının “Azat LLC” istehsalçı şirkətinin quzu əti, Rusiya Federasiyasının “Miratorg-Kurs” istehsalçı şirkətinin isə donuzun dondurulmuş sümüksüz əti məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına bildiriş məktubları ünvanlanıb.