Azərbaycan qızıl ixracını artırdı

İİTKM-nin məlumatına görə, cari ilin yanvar-fevral aylarında ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66,9 faiz, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47 faiz, alkoqollu və alkoqolsuz içkilər 10,2 faiz, kimya sənayesi məhsulları 30 faiz, çay 21,3 faiz, alüminium və ondan hazırlanan məmulatlar 2,8 faiz artıb.
2025-ci ilin yanvar-fevral aylarında aqrar məhsulların ixracı 9,5 faiz artaraq 119,7 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı 17,7 faiz artaraq 43 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 11,6 faiz artaraq 162,8 milyon dollar təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (40,2 milyon dollar) birinci olub. Bu siyahıda karbamid (36 milyon dollar) ikinci, xurma (30,5 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.