Qızılın qiymətində növbəti ARTIM

Paytaxtın qızıl bazarında qiymətlər artıb. İki ay əvvəllə müqayisədə türk qızılının qramı 20, italyan qızılının isə 25-30 manat artıb.
Bayram günü olduğundan qızıl bazarında canlanma var idi. Kimisi piştaxtalara baxıb keçir, kimisi isə hədiyyəlik zinət əşyası alırdı.
Satıcılar da qiymətlərin əhəmiyyətli dərəcədə artığını bildirirlər. Onlar qeyd edirlər ki, qızılın qiymətindəki artımın davam edəcəyi gözlənilir.