Ən çox qızıl ehtiyatı olan 10 ölkə

Bu barədə GunAz.az Dünya Qızıl Şurasına (World Gold Council, WGS) istinadla xəbər verir.
Ən böyük qızıl ehtiyatları olan ölkələr siyahısında ABŞ lider mövqedədir, onun qızıl ehtiyatları 8133,46 tondur. İkinci yeri Almaniya (3351,53) tutur. Ardınca müvafiq olaraq, İtaliya (2451,84), Fransa (2437), Rusiya (2335,9) və Çin (2279,56) gəlir. İlk onluğa həmçinin İsveçrə, Hindistan, Yaponiya və Niderland da daxildir.
Ekspertlərin proqnozlarına görə, 2025-ci ildə mərkəzi bankların qızıla olan marağı davam edəcək və alışların həcmi 900 tona çata bilər.