Dollar və neft sürətlə ucuzlaşır
Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, dolların ucuzlaşması ölkə iqtisadiyyatına ciddi təsir etməyəcək:
.jpg)
“Çünki dolların Azərbaycan iqtisadiyyatına təsiri birbaşa manatla məzənnə siyasətində mümkündür. Azərbaycan dövləti ilə bildiyimiz kimi dolların məzənnəsini inzibati yolla müəyyənləşdirir. Hazırda 1 dollar, 1,7 manat nisbətində davam edir. Qarşıdakı dönəmdə də iqtisadi sabitliyin bu cür qalması üçün milli valyuta məzənnə stabilliyi qorunub saxlanılmalıdır”.Neftin qiymətinin uzuzlaşmasına gəlincə, ekspert bildirib ki, bu, ölkə iqtisadiyyatına mütləq öz təsirini göstərəcək:
“Uzunmüddətli dövr ərzində neft qiymətləri kəskin aşağı ensə, bu, ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Amma qısamüddətli dövr ərzində neft qiymətlərinin aşağı düşməsi o qədər də təsir etməyəcək. Çünki büdcədə neftin qiyməti 70 dollardan götürülüb. Amma uzun müddət ərzində neft 75-80 dollar üzərində ixrac edilib. Bu isə orta statistik dövr üçün kifayət qədər əlverişli rəqəmdir”.
