SOCAR fevralda 576,2 min ton neft hasil edib

SOCAR fevralda 576,2 min ton neft hasil edib
Bu ilin fevralında SOCAR üzrə xam neft hasilatı 576,2 min ton olub. Ötən ay Azərbaycanda isə ümumilikdə 2 milyon 975,7 min ton neft hasil edilib.
SOCAR-dan
Gunaz.az-a verilən məlumata görə, cari ilin yanvarında SOCAR üzrə xam neft hasilatı 645,1 min ton, Azərbaycanda isə ümumilikdə 3 milyon 367,5 min ton təşkil edib.
2016-cı ildə SOCAR üzrə neft hasilatı 7 milyon 522,4 min ton, ölkə üzrə isə ümumilikdə 41 milyon 34,5 min ton olub.
скачать dle 12.1
Geri qayıt