Qızıl və gümüş istehsalı azaldı

GunAz.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, qızıl istehsalı əvvəlki ilin göstəriciləri ilə müqayisədə 97 kiloqram və ya 3,5% azdır. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal olunan qızılın həcmi 2 min 660 kiloqram olub.
Bəhs olunan dövrdə Azərbaycanda 3 min 184 ton miqdarında gümüş istehsal edilib ki, bu da, illik müqayisədə 521 kiloqram, yaxud da 14% azdır. 2023-cü ildə Azərbaycanda istehsal olunan gümüşün miqdarı 3 min 705 kiloqram olub.