Dollarla bağlı YENİ XƏBƏR: Bahalaşır?
“Yaxın bir neçə ayda Azərbaycan höküməti manatın devalvasiyasına getməyəcək”.
GunAz.az xəbər verir ki,bu sözləri iqtisadçı-ekspert Xalid Kərimli referans.az-a açıqlamasında deyib.
“Dollar xaric bütün valyutaların məzənnəsi hər gün dəyişir. Azərbaycan manatı ilə müqayisədə funtun da, yuanın da məzənnəsi dəyişkəndir. Sadəcə Azərbaycan manatı dollara “yapışdırılıb”. Dollar isə dünya bazarında alınıb satılan sərbəst valyutadır. Dollar dəyişdikcə hər gün digər valyutalar artıb azalır. Azərbaycan manatı isə üzür. Amma dollar kimi üzür. Dollar necə hərəkət edirsə, manat da sanki onu təqlid edir. Amerika iqtisadiyyatı ilə bağlı dollar bahalaşanda manat da bahalaşır, ucuzlaşdıqda isə manat da eyniylə ucuzlaşır”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə dolların məzənnəsi ilə bağlı bu fikirləri səsləndirib.
“Azərbaycanda çarpaz məzənnə üsuludur. Yəni avronun dollara olan məzənnəsi dəyişdikcə dollar Azərbaycan manatı sabit olduğuna görə, həmin məzənnəyə uyğun olaraq da manat-avro hesablamaları aparılır. Yəni bizdə hərrac və yaxud da fərqli bir üsulla avronun məzənnəsi müəyyənləşdirilmir, dolların məzənnəsinə bağlıdır. Azərbaycanda dollar indeksli məzənnə siyasətidir”.
Natiq Cəfərli dollar və Azərbaycan manatı məzənnəsinin inzibati qaydada tənzimləndiyini xüsusilə vurğulayıb.
“Dollar və manatla bağlı qərarın nə vaxt olacağını deyə bilmərik, çünki bu inzibati qərarla tənzimlənir. Lakin təbii ki, uzun illər eyni məzənnə rejimində qalmaq mümkün deyil. Azərbaycanda bundan önvə 10 il müddətində sabit məzənnə rejimi oldu. Bu, 2005-2015-ci illəri əhatə etdi. Daha sonra isə 3 pilləli devalvasiya yaşandı. Bu mərhələdən sonra isə artıq 9-cu ildir ki, sabit məzənnə rejimindəyik. Nə vaxtsa hökümət və ya Mərkəzi Bank bununla bağlı qərar qəbul edəcək, lakin bunun nə vaxt olacağını demək mümkün deyil”.
Geri qayıtGunAz.az xəbər verir ki,bu sözləri iqtisadçı-ekspert Xalid Kərimli referans.az-a açıqlamasında deyib.