Ət, süd və yumurta istehsalı artıb

GunAz.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7%, süd istehsalı 1%, yumurta istehsalı 7,4% artıb, yun istehsalı 1,6%, barama istehsalı isə 32,8% azalıb.
Qeyd edilib ki, 2024-cü il iyulun 1-i vəziyyətinə ölkə üzrə 7132,1 min baş qoyun və keçi, 2505,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1240,1 min baş inək və camış, 3905 baş donuz mövcud olub.
İribuynuzlu mal-qaranın 49,5%-ni inək və camışlar təşkil edir. Cari ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində diri çəkidə 45 min ton (keçən ilin yanvar-iyun aylarında 40,3 min ton) quş əti və 584,2 milyon ədəd (keçən ilin yanvar-iyun aylarında 510,4 milyon ədəd) yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 11563,3 min baş olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 127 ədəd yumurta alınıb.