Hansı məhsulların idxalı azalıb? - Siyahı

GunAz.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, 104 ölkəyə məhsul ixrac olunub, 154 ölkədən idxal olunub.
2024-cü ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 18225,4 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 10924,7 milyon dollarını və ya 59,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 7300,7 milyon dollarını (40,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 3624,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2023-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,9 faiz, real ifadədə 7,6 faiz, o cümlədən idxal 7,8 faiz, ixrac isə 7,6 faiz azalıb. 2024-cü ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 14,0 faiz, real ifadədə 22,5 faiz azalaraq 1260,9 milyon dollar təşkil edib.
Ölkənin xarici ticarət dövriyyəsinin 23,9 faizi İtaliya, 13,9 faizi Türkiyə, 9,4 faizi Rusiya, 7,2 faizi Çin, 5,0 faizi İsrail, 3,6 faizi Hindistan, 3,4 faizi Almaniya, 2,4 faizi Avstraliya, 2,0 faizi Çexiya, hər biri 1,8 faiz olmaqla ABŞ və Yunanıstan, hər biri 1,5 faiz olmaqla Gürcüstan və Xorvatiya, hər biri 1,3 faiz olmaqla Bolqarıstan, Rumıniya, İran, Tailand və Portuqaliya, hər biri 1,1 faiz olmaqla Türkmənistan və Ukrayna, hər biri 0,9 faiz olmaqla Koreya, Belarus və Tunis, 11,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 38,0 faizini İtaliyaya, 14,8 faizini Türkiyəyə, 8,2 faizini İsrailə, 5,1 faizini Hindistana, 3,9 faizini Rusiyaya, 3,1 faizini Çexiyaya, hər biri 2,8 faiz olmaqla Almaniya və Yunanıstana, 2,5 faizini Xorvatiyaya, 2,2 faizini Gürcüstana, 2,1 faizini Bolqarıstana, hər biri 2,0 faiz olmaqla Portuqaliya və Rumıniyaya, 1,8 faizini Tailanda, 1,5 faizini Tunisə, 0,9 faizini ABŞ-a, 0,7 faizini Ukraynaya, hər biri 0,6 faiz olmaqla Niderland və Polşaya, hər biri 0,5 faiz olmaqla Fransa və İndoneziyaya, hər biri 0,4 faiz olmaqla İspaniya və İsveçrəyə, 2,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9 faiz), Türkiyəyə (21,0 faiz), Gürcüstana (7,6 faiz), ABŞ-a (7,6 faiz), İsveçrəyə (3,8 faiz), Ukraynaya (3,2 faiz), Türkmənistana (2,5 faiz), Qırğızıstana (1,8 faiz), Qazaxıstana (1,7 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,5 faiz), Almaniyaya (1,3 faiz), Belçikaya (1,2 faiz), Belarusa (1,2 faiz), İtaliyaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.