Azərbaycandan Rusiyaya yumurta ixracı azalıb

Azərbaycandan Rusiyaya yumurta ixracı azalıb Hazırda Azərbaycandan Rusiyaya yumurta ixracı azalıb.
GunAz.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli deyib.
O bildirib ki, ötən aylarda Rusiyaya ixracımız 75 maşın idi.
“Bu ay isə 5-15 maşın arası yumurta ixrac edilir”.
Sədr ölkəmizdə yumurtanın qiymətinin bahalaşacağı ilə bağlı xəbərlərə də toxunub:
M.Həsənli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə toyuq fermaları, xüsusən ətlik, süfrə yumurtası və damazlıq yumurta istehsalı fermaları açmaq olar.
“Bununla bağlı həmin ərazilərdə olduq. Lakin həmin fermalar sovet dönəmindən qalıb. Sökülüb təzədən tikilməlidir”, – deyə o qeyd edib.

скачать dle 12.1
Geri qayıt