“Həmin cərimənin məbləği çox azdır”
![“Həmin cərimənin məbləği çox azdır”](https://gunaz.az/uploads/posts/2024-06/medium/1719308884_1719308839222.jpg)
GunAz.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, enerjidoldurma məntəqələrinin sayı azlıq təşkil edir: “Hər hansı şəxs avtomobilini orada saxlayıb gedir. Gün ərzində parklanmaya görə 20 manata yaxın pul ödəyirik. O baxımdan düşünürlər ki, bu cərimə bir şey edəsi deyil. O zaman xeyli sayda elektrikli avtomobil enerji doldurmaqdan məhrum olur. Bu baxımdan, həmin cəriməni 40 manat etsək, yaxşı olar”.