“Azeri Light” neçəyə satılır?

“Azeri Light” neçəyə satılır? Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.
GunAz.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.01 ABŞ dolları və ya 0.01% azalaraq 87.99 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ötən gün neftimiz 88 ABŞ dollarına ticarət edilib.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
скачать dle 12.1
Geri qayıt