Azərbaycanda ən güclü bahalaşma bu regiondadır

Azərbaycanda ən güclü bahalaşma bu regiondadır 2024-cü ildə Azərbaycanda sıfır faizə yaxın inflyasiya müşahidə edilsə də Naxçıvan Muxtar Respublikasında 4 faizdən çox bahalaşma qeydə alınıb.
GunAz.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin yanvar-may ayları ərzində ölkəmizdə 0,6 faiz bahalaşma baş verib.
Amma Naxçıvanda bahalaşma sürəti 4,6 faiz təşkil edib. Başqa sözlə Naxçıvanda bahalaşma ölkə üzrə qeydə alınan bahalaşmadan 7,7 dəfə güclü olub. Azərbaycanın digər regionlarının heç birində belə yüksək bahalaşma qeydə alınmayıb.
Naxçıvan Muxtar Respublikasında inflyasiyanın digər regionlara nisbətən yüksək olması maraqlı faktdır. Çünki son bir-iki ilə qədər ölkəmizdə ən aşağı inflyasiya Naxçıvanda olurdu. Azərbaycanda 5-6 faiz inflyasiya qeydə alınanda Naxçıvanda 0-1 faiz səviyyəsində bahalaşma baş verirdi. Lakin indi vəziyyət əksinə dəyişib və Naxçıvanda qiymət artımları sürətlənib. Sfera.az
скачать dle 12.1
Geri qayıt