Azərbaycanda ət, süd və yumurta istehsalı artdı

GunAz.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7%, süd stehsalı 0,6%, yumurta istehsalı 7,1% artıb, yun istehsalı isə 2,6% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3352,4 milyon manat təşkil edib ki, onun da 2569,4 milyon manatı heyvandarlıq, 783 milyon manatı bitkiçilik məhsullarının payına düşür.