Neftimiz bahalaşıb

Neftimiz bahalaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bir qədər bahalaşıb.
GunAz.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,61 ABŞ dolları, yaxud 0,7% artaraq 84,82 ABŞ dolları təşkil edib.
Belə ki, ötən gün Azərbaycan nefti 84,21 dollara ticarət edilmişdi.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
скачать dle 12.1
Geri qayıt