Rəşt-Astara dəmir yolunun hazır olacağı tarix açıqlandı

Rəşt-Astara dəmir yolunun hazır olacağı tarix açıqlandı
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirən Rəşt-Astara dəmir yolunun tikintisi beş ilə tamamlana bilər.
Bunu İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Hədami deyib.
“Əgər maliyyə vəsaiti təmin olunarsa, çatışmayan 162 kilometrlik hissənin tikintisi 5 il ərzində başa çatdırıla bilər”, - o bildirib.
Nazir müavini əlavə edib ki, tikinti üçün vəsait Rusiya tərəfindən verilir.
Xatırladaq ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycandan keçməklə Hindistan, İran və Rusiyanı birləşdirəcək.TASS
скачать dle 12.1
Geri qayıt