Azərbaycan bankları sahibkarlara kredit verilişini azaldıb

Azərbaycan bankları sahibkarlara kredit verilişini azaldıb
Azərbaycanda banklar tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara verilən kreditlərin ümumi həcmi illik müqayisədə 215 mln. manat və ya 24,4% azalaraq 2017-ci il yanvarın 1-nə 665,7 mln. manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Kreditlərin 307,7 mln. manatı və ya 46,2%-i manatla, 358,0 mln. manatı və ya 53,8%-i xarici valyutada verilib.
Qeyd edək ki, ümumiyyətlə, banklar tərəfindən ev təsərrüfatlarına kredit qoyuluşu da hesabat ilində 2 372,2 mln. manat və ya 30,2% azalaraq bu ilin əvvəlinə 5 483,1 mln. manat təşkil edib.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt