Ukraynadan göndərilən taxıl yararsız çıxdı

Ukraynadan göndərilən taxıl yararsız çıxdı
Ukraynadan Azərbaycana göndərilən 67 ton bişməmiş taxıl ölkəyə təyinatı üzrə çatdırılmayıb. Rusiya-Azərbaycan sərhədində Rusiya Fitosanitariya və Baytarlığa Nəzarət Federal Xidmətinin Dağıstan bölməsi Ukraynadan Azərbaycana göndərilən taxılı sərhəddə saxlayıb.
Qurumun məlumatına görə, yük fitosanitariya yoxlanışını keçməyib. Məhsulun keyfiyyət sertifikatının vaxtı isə bitib. 
Bununla əlaqədar, Ukraynadan göndərilən bişməmiş taxılın Azərbaycana girişi qadağan edilib.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt