İran Türkiyəyə endirimlə qaz satacaq

İran Türkiyəyə endirimlə qaz satacaq
Tehran Ankaraya təxminən 1,9 milyard dollar təzminat ödəyəcək.
Bunu İranın neft nazirinin köməkçisi İraqı deyib.
O bildirib ki, Türkiyəyə verilən təbii qazın qiymətində 13,3 faiz endirimə gediləcək. Türkiyə təbii qazın qiymətinin yüksək olması səbəbiylə İrana qarşı beynəlxalq təhkim iddiası qaldırmışdı. Beynəlxalq Arbitaj Məhkəməsi İranın Türkiyəyə ixrac etdiyi qazın qiymətində 2011-ci ildən etibarən 10-15 faiz endirimə getməsi və təzminat ödəməsi istiqamətində qərar vermişdi.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt