Azərbaycanın kredit bazarında ucuzlaşma müşahidə olunur

Azərbaycanın kredit bazarında ucuzlaşma müşahidə olunur
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 2016-cı ilin noyabr ayında sabitlik göstərib. Hesabat dövründə manat ekvivalentində əmanət və depozitlər üzrə orta faiz dərəcəsi oktyabr ayı ilə müqayisədə 0,05 bənd artararaq illik 6,36% təşkil edib. Xarici valyutada əmanət və depozitlər üzrə isə noyabrda orta faiz dərəcəsi 0,04 bənd azalaraq 4,68%-ə düşüb.
Kommerisya bankları tərəfindən noyabrda verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq 12,18% və 9,16% təşkil edib. Xatırladaq ki, noyabrın 1-nə bu göstərici manatda 12,24%, xarici valyutada isə 9,63% olub. 

Gunaz.az

скачать dle 12.1
Geri qayıt