SON DƏQİQƏ
» » İranın Şərqi Azərbaycan vilayəti Naxçıvanla iqtisadi əməkdaşlığı artırmaqda maraqlıdır – FOTO

İranın Şərqi Azərbaycan vilayəti Naxçıvanla iqtisadi əməkdaşlığı artırmaqda maraqlıdır – FOTO

Tarix:

12-01-2021, 16:01

/ 2 777 dəfə oxundu.
İranın Şərqi Azərbaycan vilayəti Naxçıvanla iqtisadi əməkdaşlığı artırmaqda maraqlıdır – FOTO

İranın Şərqi Azərbaycan vilayəti Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əməkdaşlığı artırmaqda maraqlıdır.

GunAz.az bildirir ki, bunu İranın Təbriz Ticarət Palatasının sədri Yunis Jaele İranın Naxçıvandakı baş konsulu Əhməd Hüseyni ilə görüşdə deyib.

Y.Jaelenin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında investisiya imkanları araşdırılmalıdır. Digər tərəfdən İranın Şərqi Azərbaycan vilayətindən Naxçıvana məhsul ixracı diqqət mərkəzində olmalıdır.

Görüşdə İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Əhməd Hüseyni də qeyd edib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası və İranın Şərqi Azərbaycan vilayəti arasında iqtisadi əməkdaşlıqların artırılmasına həm dövlət, həm də özəl sektorun nümayəndələri öz töhfələrini verə bilərlər.

Ə.Hüseyninin sözlərinə görə, Naxçıvan Muxtar Respublikası ilə Şərqi Azərbaycan vilayəti ticarət və iş adamları arasında iqtisadi və ticarət əlaqələri üzrə müzakirələrin keçirilməsi ilə iki bölgənin iqtisadi və ticarət əməkdaşlıqlarının artmasına ümid etmək olar.

Mərdan DOLĞUN

 


 

 


 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ