SON DƏQİQƏ
» » Azərbaycanda indiyədək kəşf olunan neft-qaz yataqların sayı açıqlanıb

Azərbaycanda indiyədək kəşf olunan neft-qaz yataqların sayı açıqlanıb

Tarix:

16-10-2019, 18:10

/ 1 346 dəfə oxundu.
Azərbaycanda indiyədək kəşf olunan neft-qaz yataqların sayı açıqlanıb

İndiyə qədər Azərbaycanda dənizdə yerləşən yataqlardan 1,090 mlrd ton, quruda yerləşən yataqlardan isə 0,979 mlrd ton neft hasil edilib.

GunAz.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Bakıda keçirilən SPE illik Xəzər Texniki konfransında bildirib.

O qeyd edib ki, indiyə qədər dənizdəki yataqlardan təbii qaz hasilatının həcmi 713 mlrd kubmetr, qurudakı yataqlardan isə 139 mlrd kubmetr təşkil edib.

SOCAR-ın vitse-prezidenti indiyədək dənizdə 28 neft-qaz yatağının kəşf olunduğunu, onlardan 19 yatağın işlənmədə olduğunu, quruda isə 53 yatağın kəşf edildiyini və 40 yataqda hasilat aparıldığını əlavə edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ