SON DƏQİQƏ
» » Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Foto

Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Foto

Tarix:

6-03-2019, 11:21

/ 10 297 dəfə oxundu.
Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Foto

İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir. 

 

GunAz.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Görüşlərdə Prezident İlham Əliyev və İran Prezidenti Həsən Ruhani arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolu vurğulanıb.

İqtisadiyyat naziri ölkələrimizin sənaye, energetika, kənd təsərrüfatı, ticarət, səhiyyə, turizm, sərhəd-gömrük və digər sahələrlə yanaşı, nəqliyyat-tranzit sahəsində də uğurla əməkdaşlıq etdiyini, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında hər iki ölkənin rolunu vurğulayıb, nəqliyyat dəhlizinin inkişafının Azərbaycan-İran iqtisadi əməkdaşlığının, xüsusilə yükdaşımalar, ticarət və turizm əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd edib. 

 

İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslamin ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib. Görüşdə Azərbaycan və İran arasında nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi müzakirə edilib. 

 

Şahin Mustafayev qarşılıqlı ticarət həcminin daha da artırılması və strukturunun diversifikasiyası üçün potensialı, kənd təsərrüfatı, turizm, tranzit və yükdaşımlar sahələrində də əlaqələrin inkişafı imkanlarını qeyd edib. 

 

Görüşdə iqtisadi-ticarət, maliyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. 

Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Foto

 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ