SON DƏQİQƏ
» » Generaldan şad xəbər: Fevralın 1-dən etibarən...

Generaldan şad xəbər: Fevralın 1-dən etibarən...

Tarix:

30-01-2019, 09:16

/ 10 300 dəfə oxundu.
Generaldan şad xəbər: Fevralın 1-dən etibarən...

Gömrük xidməti gələcəkdə də respublikanın iqtisadi inkişafına təkan verməklə yanaşı, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını səfərbər edəcək.

GunAz.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Trend-ə geniş müsahibəsində deyib.

O bildirib ki, 2019-cu il ərzində sərhəd-keçid məntəqələrində infrastruktura yenidən baxılaraq, sərhəd ticarətinin daha da asanlaşdırılması üçün işlər görüləcək:

“Eyni zamanda, idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərinin minimuma endirilməsi istiqamətində tədbirlər reallaşdırılacaq. Bu sahədə “Yaşıl dəhliz” sisteminin tətbiqi həm idxal, həm də ixrac əməliyyatları üçün genişləndiriləcək. Sahibkarlar mallarını insan amili olmadan anbarlara boşalda biləcəklər. Fevralın 1-dən isə iş adamları idxal-ixrac əməliyyatlarını gömrük məmurunun iştirakı olmadan, öz ofislərindən apara biləcəklər.

Qarşıdakı əsas vəzifələrdən biri də iqtisadiyyatın innovativ inkişafının sürətləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi, kreativ sənayenin müasir iqtisadiyyatda rolunun və əqli mülkiyyətin informasiya cəmiyyətinə təsirinin artırılması, həmçinin Azərbaycan xalqına məxsus mədəni irsin qorunmasının təmin edilməsidir”.

General vurğulayıb ki, Azərbaycan gömrük orqanları gələcəkdə də Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkənin ixrac və tranzit potensialının artırılması məqsədilə həyata keçirdiyi islahatları rəhbər tutaraq mühüm uğurlara imza atacaq.

скачать dle 12.1

Şərhlər