SON DƏQİQƏ

Naxçıvan iqtisadiyyatı 1,3% böyüyüb

Tarix:

22-01-2019, 13:06

/ 10 334 dəfə oxundu.
Naxçıvan iqtisadiyyatı 1,3% böyüyüb

2018-ci ildə Naxçıvan MR-da istehsal edilmiş ümumi daxili məhsul un (ÜDM) dəyəri  2,773 mlrd. manat təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 1,3% çoxdur.

GunAz.az bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Ötən il regionda adambaşına düşən ÜDM isə 1,9% artaraq 6 101,3manata çatıb. 

Naxçıvandakı ÜDM-in tərkibində ilk yeri 27,4% payla sənaye məhsulları tutub. Bu sahədə 1,3% artım olub. 

Digər sahələrə gəlincə isə, 2018-ci ildə muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 4,4%, nəqliyyat sektorunda yük daşımaları 1,9%, informasiya və rabitə xidmətləri 3,3%, o cümlədən mobil rabitə xidməti 2% artıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ