SON DƏQİQƏ

OPEK-dən Azərbaycan hesabatı - Proqnozlar

Tarix:

21-01-2019, 21:23

/ 10 276 dəfə oxundu.
OPEK-dən Azərbaycan hesabatı - Proqnozlar

2019-cu ildə Azərbaycanda neft hasilatı həcmi ötənilki səviyyədə qalacaq və orta hesabla 0,8 milyon barrel/sutka təşkil edəcək.

GunAz.az xəbər verir ki, bu barədə OPEK-in hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, Energetika Nazirliyinin məlumatlarına əsasən, Azərbaycanda 2018-ci ildə orta hesabla 792 min barrel/sutka neft və kondensat hasil olunub ki, bu da 2017-ci ilin göstəricisindən 2 faiz çoxdur.

İlkin statistik məlumatlara əsasən, 2018-ci ilin dekabrında ölkədə neft hasilatı 27 barel azalaraq 0,71 milyon barrel/sutka təşkil edib. Azalmaya səbəb “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda hasilatın müvəqqəti dayandırılması olub.

Hesabatda o da qeyd olunub ki, 2018-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı dəyişməz olaraq – 0,8 milyon barrel/sutka həcmində qalıb. 2019-cu ildə də eyni həcmdə hasilat proqnozlaşdırılır:

“Proqnozlara əsasən, 2019-cu ilin birinci yarısında Azərbaycanda maye karbohidrogen hasilatı sutkada 20 min barel azalaraq orta hesabla 0,79 milyon barrel/sutka təşkil edəcək. İlin ikinci yarısında isə hasilatın 0,81 milyon barrel/sutka təşkil edəcəyi gözlənilir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ