SON DƏQİQƏ

Azərbaycan nefti ucuzlaşıb

Tarix:

23-10-2018, 23:44

/ 10 342 dəfə oxundu.
Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 22-də 80,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,41 dollar/barel azdır. 

GunAz.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 22-də 79,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 22-də 76,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,51 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 22-də 80,30 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ