SON DƏQİQƏ

Novruz Məmmədova yeni vəzifə verildi

Tarix:

6-07-2018, 18:37

/ 10 334 dəfə oxundu.
Novruz Məmmədova yeni vəzifə verildi

Bu gün Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Dövlət Neft Fondundan GunAz.az-a verilən xəbərə görə, iclasda baş nazir Novruz Məmmədov Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarı ilə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

Bildirilir ki, Dövlət Neft Fondunun 2017-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2017-ci il büdcəsinin icrası və Fondun 2018-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılıb. 

Müşahidə Şurası ARDNF-nin İcraçı direktorunun təqdim etdiyi Fondun 2017-ci ildə fəaliyyəti haqqında illik hesabatı, 2017-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatını məqbul hesab edib, ARDNF-nin 2017-ci il büdcəsinin icrası layihəsinin və ARDNF-nin 2018-ci il büdcəsindəki dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.     

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ