SON DƏQİQƏ
» » Azərbaycan Türkiyə və Gürcüstana qaz ixracını artırıb

Azərbaycan Türkiyə və Gürcüstana qaz ixracını artırıb

Tarix:

30-01-2018, 15:37

/ 1 064 dəfə oxundu.
Azərbaycan Türkiyə və Gürcüstana qaz ixracını artırıb

2017-ci il ərzində Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Türkiyəyə 6300,1 mln. kubmetr qaz ixrac edilib. Bu, 2016-cı ilin göstəriciləri ilə müqayisədə 0,87% çoxdur.

Gunaz.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.

Məlumata görə, ötən il ərzində Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Gürcüstana 814,9 mln. kubmetr qaz ixrac edilib ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə  2,81% çoxdur.

2017-ci il ərzində Qazıməmməd-Qazax boru kəməri ilə Gürcüstana 1379,7 mln. kubmetr qaz ixrac edilib ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 18,32% çoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ