SON DƏQİQƏ
» » Sərəncamların yerlərdə icrasına nəzər baxışı

Sərəncamların yerlərdə icrasına nəzər baxışı

Tarix:

21-12-2017, 15:02

/ 1 297 dəfə oxundu.
Sərəncamların yerlərdə icrasına nəzər baxışı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keçirilən islahatlar nəticəsində iqtisadiyyatının bütün sahələrdə inkişaf müşahidə olunur, bir sıra problemlər mərhələli şəkildə öz həllini tapır.

Bununla paralel olaraq, respublikamızın bütün guşələrində, o cümlədən Pirallahı rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət alıb. Pirallahı rayonu yeni rayon olmasına baxmayaraq, bu rayonda xeyli quruculuq işləri aparılıb və bu işlər davam etdirilir. Rayonda mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilib, irimiqyaslı infrastruktur layihələri, yol-nəqliyyat infrastrukturu, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilib və bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.Sərəncamların yerlərdə icrasına nəzər baxışı
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 01 avqust 2017-ci il tarixli "Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Gunaz.az-ın məlumatına görə sərəncama uyğun olaraq, Pirallahı rayonunda Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi və qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 29 ədəd yeni çoxmənzilli binaların tikintisi nəzərdə tutulur.
   Ölkə başçısının sərəncamına əsasən Rayon İcra Hakimiyyətinin inzibati binasında hal-hazırda fasadın üzlənməsi işləri görülür. İnzibati binada daxili bəzək işləri aparılır, mühəndis-kommunikasiya xətləri çəkilir. Qeyd edək ki, Pirallahı qəsəbəsinin S.Vurğun küçəsində inşa edilən Rayon İcra Hakimiyyətinin inzibati binası 4 mərtəbədən ibarətdir. Binanın ümumi sahəsi 3485 kvadrat metr, tikinti sahəsi 1224 kvadrat metr, həcmi 20321 kub metr təşkil edəcək.
    Heydər Əliyev Mərkəzində də tikinti-quraşdırma işləri aparılır. Binanın daxilində  divarların suvanılması işləri görülür.
    Pirallahı qəsəbəsi S.Vurğun küçəsində yeni yaşayış binalarının tikintisi üçün ayrılmış ərazi hasara alınmışdır. Binaların tikintisi üçün ayrılmış ərazidə şaquli planlaşdırma işləri aparılıb, 3 ədəd binanın bünövrə çalasının qazılması işləri tamamlanaraq  beton işləri görülüb.

Bilman

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ