SON DƏQİQƏ

"Fitş" Azərbaycanın reytinqini təsdiqlədi

Tarix:

5-08-2017, 17:39

/ 4 487 dəfə oxundu.
"Fitş" Azərbaycanın reytinqini təsdiqlədi

"Fitş” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli reytinqini neqativ proqnozla "BB+” səviyyəsində təsdiqləyib.
Report bu barədə agentliyin saytına istinadən xəbər verir.
Bundan başqa, agnetlik Azərbaycanın əsas zəmanətsiz xarici və daxili öhdəlikləri üzrə reytinqini də 'BB+' səviyyəsində saxlayıb. Ölkənin maksimal reytinqi də 'BB+' səviyyəsində təsdiqlənib. Qısamüddətli xarici və yerli emitent defoltunun reytinqi ‘B’ səviyyəsində təsdiq edilib, ölkənin milli valyutada zəmanətsiz qısamüddətli səhmlərinin reytinqi isə ‘B’ səviyyəsində saxlanılıb.
Qeyd edək ki, bundan əvvəl "Standard and Poor’s" Reytinq Agentliyi Azərbaycanın suveren kredit reytinqinin ənənəvi qiymətləndirməsini aparıb, Azərbaycanın uzunmüddətli və qısamüddətli xarici və milli valyutada suveren kredit reytinqini dəyişməyərək müvafiq olaraq 'BB+/B' səviyyəsində, mənfi proqnoz ilə saxlayıb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ