SON DƏQİQƏ
» » Səyahətə çıxanların nəzərinə: Nağd ödəniş ləğv edilir

Səyahətə çıxanların nəzərinə: Nağd ödəniş ləğv edilir

Tarix:

12-06-2017, 08:56

/ 2 918 dəfə oxundu.
Səyahətə çıxanların nəzərinə: Nağd ödəniş ləğv edilir

Azərbaycanda bəzi xidmət haqlarına görə ödənişin nağd yolla aparılması qadağan edilir.
Trend-in məlumatına görə, bununla bağlı müxtəlif qanunlara dəyişikliklər edilir.
"Təhsil haqqında" qanuna edilən dəyişikliklərə görə, təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.
"Turizm haqqında" qanuna təklif edilən yeni dəyişikliyə əsasən isə turagentlərə ödəmələr nağdsız qaydada həyata keçiriləcək.
"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna edilən yeni dəyişikliklər layihəsinə görə, sığorta haqqı işçilərə də nağdsız qaydada veriləcək.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ