SON DƏQİQƏ

Meksikada iri neft ehtiyatları aşkarlanıb

Tarix:

24-03-2017, 07:00

/ 3 594 dəfə oxundu.
Meksikada iri neft ehtiyatları aşkarlanıb

İtaliyanın "Eni” şirkəti Meksika sahillərində iri neft ehtiyatları aşkarlayıb. Hökumət ölkənin neft-qaz sektoruna beynəlxalq sərmayələrin qoyuluşuna icazə verdikdən sonra "Eni” burada neft quyusu qazan ilk xarici şirkət olub.

 "Financial Times”a istinadən verilən xəbərə görə, konsernin rəhbəri Klaudio Deskaltsi kəşf edilən yatağın çox perspektivli olduğunu bildirib. Onun sözlərinə görə, yataq sahildən 7-8 km aralıda yerləşir: "Biz cəld hərəkət etmək istəyirik... Düşünürəm ki, 2-3 ildən sonra biz hasilata başlaya bilərik”.  

Kəşf edilmiş yataqda neft ehtiyatlarının həcmi proqnozlaşdırılmış 800 mln. bareldən xeyli çox olduğu bildirilir.

Şirkət yataqda daha üç quyu qazmağı planlaşdırır. (APA)

Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ