SON DƏQİQƏ
» » Koronavirusla bağlı günün statistikası açıqlandı

Koronavirusla bağlı günün statistikası açıqlandı

Tarix:

20-01-2022, 18:50

/ 1 180 dəfə oxundu.
Koronavirusla bağlı günün statistikası açıqlandı

Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 1 186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 629 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 605 nəfər müalicə olunaraq sağalıb, 8 564 nəfər vəfat edib, aktiv xəstə sayı 10 183 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 116, ötən müddət ərzində isə ümumilikdə 6 037 787 test aparılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ