SON DƏQİQƏ
» » Ərdoğanın Ukraynaya səfər tarixi açıqlandı - YENİLƏNİB

Ərdoğanın Ukraynaya səfər tarixi açıqlandı - YENİLƏNİB

Tarix:

19-01-2022, 23:47

/ 1 429 dəfə oxundu.
Ərdoğanın Ukraynaya səfər tarixi açıqlandı - YENİLƏNİB

"CNNTürk”ün məlumatına görə, Ərdoğanın səfəri fevralın 3-də baş tutacaq.

GunAz.az xəbər verir ki, həmin gün Türkiyə-Ukrayna diplomatik əlaqələrinin qurulmasının 30-cu ili tamam olacaq.

 

22:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Ukraynaya səfər edəcək.

GunAz.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın söyləyib.

"Fəsadları böyük olacaq istənilən hərbi əməliyyatlardan qaçınmaq üçün Rusiya ilə sıx təmasda olacağıq”, – sözçü bildirib.

Onun sözlərinə görə, Türkiyə Ukraynanın ərazi bütövlüyü, siyasi suverenliyi və sosial birliyini dəstəkləyir:

"Prezidenti Ərdoğan hər iki lideri (Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski – "Report”) problemləri həll etmək üçün Türkiyədə toplantı keçirməyə dəvət edib. Türkiyə Rusiya və Ukrayna arasındakı gərginliyi azaltmaq üçün istənilən rolu oynamağa hazırdır. Bunu həm Rusiya və Ukraynanın dostu, həm də bir NATO müttəfiqi olaraq edirik”.


скачать dle 12.1

Şərhlər